Britaniya AB-dən çıxmaq sualını belə qoyacaq
AzVision.az “Euronews” telekanalına istinadən bildirir ki, təklifə görə, əgər xalqın səs verməsi üçün əvvəlki seçki şərtlərində konkret olaraq “Hə” və “Xeyr” cavabları əksini tapmışdısa, yeni qaydada “Avropa Birliyinin üzvü olaraq qalmaq” və ya “Avropa Birliyini tərk etmək” kimi iki yeni seçim təklifi irəli sürülüb.
Mahiyyətcə eyni olan, lakin cümlə şəkilində əks olunmuş yeni referendum qaydası ilə xalq Avropa Birliyindən çıxmaqla əlaqədar 2017-ci ildə keçiriləcək seçimdə istifadə edəcək.
Baş naziri Devid Kameron isə çıxışında Böyük Britaniyanın 2017-ci ildə keçirəcəyi referendumdan sonra Avropa Birliyi ilə ölkəsi arasındakı münasibətlərdə yeni səhifə açılacağını bildirib.
Fərrux Həsənov
AzVision.az
Teqlər: