Prezident maşına görə naziri danladı
H.Fridun deyib ki, H.Ruhani M.Nemətzadəyə ölkə daxilində istehsal olunan avtomobilləri almağı qadağan edənləri “İran inqilabına zidd və xain” adlandırması ilə bağlı xəbərdarlıq edib və deyib ki, bizim hərəkətlərimiz tənqidçilərlə hörmət əsasında olmalıdır.
Qeyd edək ki, İran KİV-lərinin məlumatına görə, İranın sənət, mədən və ticarət naziri Məhəmmədrza Nemətzadə bir neçə gün öncə sosial mediada "Ölkədə istehsal olunan avtomobilləri almayın!" kampaniyasını aparan şəxslər haqqında bildirmişdi ki, onlar İslam inqilabına zidd və xain şəxslərdir.
Nazirin bu sözləri ölkə ictimaiyyətində mənfi reaksiyalara səbə olmuşdu. Prezident Həsən Ruhaninin xəbərdarlığından sonra M.Nemətzadə televiziyada əhalidən üzr istəyib və deyib ki, avtomobil alıcılarına hörmətsizlik etmək istəməyib və heç vaxt deməyib ki, kim daxildə istehsal olunan avtomobil almasa, inqilaba ziddir.
Teqlər: