“Bu, biabırçılıqdır” – Bundestaqın spikeri
AzVision.az Almaniyanın “Die Zeit” qəzetinə istinadla xəbər verir ki, Bundestaqın sədri qaçqın sığınacağına qarşı reallaşdırılan istənilən hücumun özbaşınalığın göstəricisi, eləcə də utancverici durum olduğunu deyib. O, bildirib ki, son statistikaya görə, qaçqınlara qarşı aqresiya halları Almaniyada düz 20 dəfəyədək çoxalıb. Həmçinin spiker əlavə edib ki, Almaniyadakı bütün qaçqınlara köməklik göstərilməldir.
Bundestaq sədri Norbert Lammert hazırkı qaçqın probleminin həllinə bütün Avropa ölkələrinin obyektiv yanaşmalı olduqlarını xüsusilə vurğulayıb. “Avropa İttifaqı üzvləri tezliklə maliyyə problemlərini həll etməlidirlər ki, qarşıdakı qaçqın probelimin aradan qaldırılmasında humanitar yardım göstərə bilsinlər”, – deyə Bundestaqın spikeri fikirlərini tamamlayıb.
Fərrux Həsənov
AzVision.az
Teqlər: