Pusqu quran PKK-çı belə vuruldu - Video

Pusqu quran PKK-çı belə vuruldu - Video
  05 Sentyabr 2015    Oxunub:2385
Türkiyədə PKK terrorçularının hücumları davam edir.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, terrorçuların Tunceli şəhərinə silahlı basqını nəticəsində bir polis şəhid olub, daha bir vətəndaş isə ağır yaralanıb.

Silahlı isident kameralar tərəfindən qeydə alınıb. Hadisə insanların evdən işə getdiyi bir vaxtda baş verib. İki terrorçu əllərində iri çarplı silahla Şəhid Nahit Bulut Polis Mərkəzinə basqın ediblər. Lain polislər onların hücumunun qarşısını alıb.



Tərəflər arasında baş verən atışmada yaralanan 30 yaşındakı Murat Savaş adlı polis məmuru xəstəxanada şəhid olub. Vətəndaşlar da qarşıdurma zamanı arada qalıb. Nəticədə 15 yaşlı qız ağır yaralanıb. Atışma zamanı 2 PKK silahlısı da yaralanıb. Yaralı silahlılar xəstəxanaya aparılıb.


Teqlər:  





Xəbər lenti