`Netzpolitik` qalmaqalı: Jurnalistlərə yenidən ittiham olundu

`Netzpolitik` qalmaqalı: Jurnalistlərə yenidən ittiham olundu
  04 Sentyabr 2015    Oxunub:2076
Almaniyada jurnalistlərə qarşı “vətənə xəyanət” maddəsilə başladılmış cinayət işinə yenidən baxılacaq.

Bir müddət öncə “Netzpolitik.org” saytının 2 jurnalistinə qarşı başladılmış itthamla bağlı bu dəfə tam fərqli olaraq kansler bürosu özü ayrıca hüquqi iş aça bilər.

AzVision.az Almaniyanın “Der Spiegel” jurnalına istinadən xəbər verir. Belə ki, bir müddət əvvəl 2 nəfər bloqer-jurnalistə qarşı başladılmış cinayət işinə Almaniya ədliyyə nazirliyinin əmri ilə xitam verilmişdi, lakin yenidən məsələnin qabardıla biləcəyi ilə bağlı ehtimallar artmaqdadır.

“Der Spiegel” jurnalı məlumat verir ki, faktla əlaqədar konstitusiya mühafizəsi orqanın rəhbəri Hans Georq Massen şəxsən özü kansler aparatına rəsmi müraciəti təsdiqləyib. Güman olunur ki, “Netzpolitik.org” saytının iki jurnalistinə qarşı bu dəfə yeni dəlillərlə çıxış olunacaq. Əvvəlki ittiham arqumentlərindən biri “vətənə xayanət” idisə, yeni ittiham detalları hələ ki, mediaya geniş şəkildə açıqlanmayıb.

“Der Spiegel” jurnalı əlavə edir ki, məhz, işə kansler bürosunun qarışması prosesin aydın olmayan tərəfidir. 1962-ci ildə də “Spiegel-casusları”na qarşı hökumət tərəfindən bu cürə davranılmışdı, çünki Berlinin siyasi ambisyaları jurnalistlərə qarşı hüquqi qərarın verilməsini hec cürə qəbul edə bilmir.
Vətənə xayanət adı altında jurnalistlərə qarşı məsələ qaldırılanda konstitusiya mühafizə orqanı kansler bürosuna faktla bağlı ətraflı hesabat vermişdi, amma nədənsə, o zaman büro tərəfindən hər hansısa bir addım atılmadı.

Xatırladaq ki, bir neçə ay ərzində “Netzpolitik.org” saytının iki jurnalist əməkdaşına qarşı dövlətə məxsus açıqlanmasına icazə verilməyən məxfi sənəd və bilgiləri cəmiyyətə yaydığna görə, Almaniya ədliyyə nazirliyi tərəfindən cinayət işi başlatmışdı. Uzun müddət Almaniyanın gündəmini zəbt edən bu casusluq skandalı ATƏT tərəfindən də çox sərt şəkildə tənqid olundu, eləcə də azad medianı boğmamağa səsləyən ATƏT vaxtıkən Almaniyanın imzalayaraq qoşulduğu 1997-ci il söz, informasiya və fikir azadlığına dair konvensiyanın bəndlərinə əməl etməyə dəvət etdi. Almaniya hökuməti isə sonrakı qərarında jurnalistlərə qarşı istintaqın dayandırıldığını bildirsə də, amma hazırda kansler bürosunun tapşırığı ilə təkrar məsələnin başladılması başqa nüanslardan xəbər verir.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti