ABŞ səfirliyi fəaliyyətini dayandırdı

ABŞ səfirliyi fəaliyyətini dayandırdı
  04 Sentyabr 2015    Oxunub:2494
ABŞ-ın Düşənbədəki səfirliyi Tacikistandakı hadisələrlə bağlı fəaliyyətini dayandırıb.
Bu barədə AzVision.az `RİA Novosti`yə istinadən xəbər verir.

`Səfirliyin işi vəziyyət sabitləşənə qədər fəaliyyətini dayandırır`, - deyə diplomatik missiyanın rəsmisi bildirib.

Qeyd edək ki, daha əvvəl Düşənbə hava limanı yaxınlığında hüquq-mühafizə orqanları əməkdaşları və cinayətkarlar arasında atışma baş verib. Hadisə nəticəsində iki OMON döyüşçüsü və polis əməkdaşı öldürülüb. Daha bir polis əməkdaşı isə ağır yaralanıb.

Bu hadisədən bir neçə saat əvvəl Düşənbə yaxınlığında yerləşən Vahdat şəhərində daxili işlər naziri şöbəsinə hücum zamanı 4 hüquq-mühafizə oranı əməkdaşı öldürülüb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti