Mehriban Əliyeva fransalı baş katiblə görüşdü
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunulub.
Azərbaycanın birinci xanımı Fransanın münaqişənin nizama salınmasındakı səylərini yüksək qiymətləndirərək, münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini diqqətə çatdırıb.
Jan Pyer Juye də ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdar olduğunu və həmsədr ölkə kimi Fransanın bu münaqişənin həlli ilə bağlı səylərini davam etdirəcəyini bildirib.
Görüşdə Mehriban Əliyevanın Fransa-Azərbaycan əməkdaşlığındakı rolu xüsusi vurğulanıb, onun həm parlamentlərarası dostluq qrupunun rəhbəri, həm də Heydər Əliyev Fondunun prezidenti kimi fəaliyyəti yüksək qiymətləndirilib.
AzVision.az