`Qarabağ yalnız sülh yolu ilə həll edilə bilər` - Rusiyadan şərt

`Qarabağ yalnız sülh yolu ilə həll edilə bilər` - Rusiyadan şərt
  04 Sentyabr 2015    Oxunub:5321
Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həll edilməsində israr edəcək.
AzVision.az-ın məlumatına görə, bu barədə `News.am` portalının son günlər cəbhədə müşahidə olunan gərgin vəziyyəti ilə bağlı sualını cavablandıran Rusiyanın Ermənistandakı səfirliyi bildirib.

Səfirlik Rusiya xarici işlər naziri Sergey Lavrovun bu ilin may ayındakı çıxışını xatırladıb: ` Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlara yardım etmək Rusiyanın xarici siyasətinin əsas prioritet məsələlərindən biridir`

Dağlım Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Lavrov sentyabrın 1-i bəyan edib: `Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişlərin əldə ediləcəyinə əminəm`, - deyə Rusiyanın Ermənistandakı səfirliyi bəyan edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti