Rahat yat, balaca: Dünya bu uşağı ağlayır - ŞƏKİLLƏR
Sosial şəbəkə istifadəçiləri bu faciəvi hadisəyə öz təsirli paylaşımlara ilə reaksiya verib. Paylaşımlarda balaca oğlan mələk kimi göstərilib. Aylan beş yaşlı qardaşı Qalib və anaları Rihanla birgə Türkiyənin Bodrum sahillərlindən Yunanıstanın Kos adasına keçmək istəyiblər. Onlar İŞİD terror təşkilatının nəzarətində olan Kobani şəhərindəki münaqişədən canlarını qurtarmağa çalışıblar. Qayıq dənizdə olduğu zaman çevrilib. Faciəvi hadisə zamanı yalnız ailə başçısı Abdulla sağ qalıb. Qohumlarının sözlərinə görə, BMT onları qaçqın kimi qeydiyyata almaqdan və Kanada onlara sığınacaq verməkdən imtina etdiyinə görə, ailə Avropaya qayıqla getmək qərarına gəlib.
AzVision.az balaca Aylinin ölümü ilə bağlı sosial şəbəkələrdə böyük əks səda doğuran fotoları təqdim edir:
Şəkillərdən birində siyasi mesajda var. Belə ki, fotoda ənənəvi ərəb geyimində olan şəxslər ölü Aylanın ətrafında dayanıblar. Şəkilin aşağısında isə bu yazılıb: `Qaçqınları qəbul edən ölkələr: Səudiyyə Ərəbistanı – 0, Küveyt – 0, Qatar – 0, BƏƏ – 0, Bəhreyn - 0.
Hər gün Yaxın Şərqdən olan minlərlə qaçqın Türkiyədən Yunanıstana keçməyə cəhd edir. Onların böyük əksəriyyəti vətənlərində müharibənin getdiyi suriyalılardır. BMT-nin qaçqınlar üzrə agentliyinin sözlərinə görə, bu il Aralıq dənizini 300 mindən çox nəfər gedib. Onlardan 200 mini Yunanıstan qalıb.
Eldar Tanrıverdiyev
AzVision.az