İrəvan və Qarabağda da zəlzələ oldu

İrəvan və Qarabağda da zəlzələ oldu
  04 Sentyabr 2015    Oxunub:3255
Bu gün səhər saatlarında Şəkidə baş vermiş zəlzələ Ermənistan və Dağlıq Qarabağda da hiss olunub.
AzVision.az xəbər verir ki, Ermənistanın Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, İrəvanda 3-4 , Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda isə 4-5 bal gücündə zəlzələ olub.

Zəlzələ həmçinin Ermənistanın digər regionlarında Vanadzorda (2-3 bal), Stepanavan və Qafanda (3 bal), İcəvan və Noyambaryanda (4 bal), Çoratanda (3-4 bal), Ayqedzor (4-5) bal hiss olunub.

Qeyd edək ki, bu gün səhər saatlarında Azərbaycanın bir sıra bölgələrində zəlzələ olub.

Sakinlərin bildirdiyinə görə, yeraltı təkan paytaxt Bakı ilə yanaşı Gəncə, Mingəçevir, Ağdam, Füzuli, Biləsuvar, Xaçmaz, Tovuz, Yevlax, Gədəbəy, Zaqatala, Balakən, Şəki, Ucar, Göyçay, Ağdaş, Şamaxı, İsmayıllı və digər rayonlarda hiss olunub.

AMEA Respublika Seysmoloji Xİdmət Mərkəzi ölkə ərazisində baş verən zəlzələ ilə bağlı rəsmi məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 09:49:36-da Şəkidən 29 km aralı Şəki ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 7 bal, yaxın yaşayış məntəqələrində 6-5 bala qədər hiss olunub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti