SOCAR Ukraynada qiymətləri aşağı salacaq

SOCAR Ukraynada qiymətləri aşağı salacaq
  04 Sentyabr 2015    Oxunub:1586
Ukraynanın Antiinhisar Komitəsi ölkənin 12 iri yanacaqdoldurma məntəqələrinə sahib olan şirkətlərə benzin və dizel yanacağının qiymətinin aşağı salınmasını məsləhət görüb.
AzVision.az `Pravda.com.ua`-ya istinadən verdiyi məlumata görə, bu barədə Ukraynanın Antiinhisar Komitəsindən bildirilib.

Komitə qeyd edib ki, yanacağın pərakəndə satış qiyməti bazar şəraitinə uyğun olmalıdır. Şirkətlər 10 gün ərzində öz təkliflərini quruma təqdim etməlidir.

Antiinhisar Komitəsində vuröulanıb ki, son bir il ərzində Avropa bazarlarında neft, benzin və dizel yanacağının qiymətində ciddi azalma var.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti