ABŞ-da növbəti atışma: Ölən və yaralılar var

ABŞ-da növbəti atışma: Ölən və yaralılar var
  04 Sentyabr 2015    Oxunub:1862
Kaliforniya ştatının paytaxtı Sakramentoda tədris müəssisənin ərazisində baş verən atışma nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.
Bu barədə AzVision.az `Reuters`ə istinadən xəbər verir.

`Atışma Sakramento Siti kolleçində baş verib. Hazırda o müəssisəyə gedən bütün yollar bağlıdır. Hazırda polis atəş açan şəxsi axtarır. Onun şəxsiyyəti hələlik müəyyənləşdirilməyib`, - deyə məlumatda bildirilir.
Məlumata əsasən hadisə beysbol oyunu üçün nəzərdə tutulan meydançanın yaxınlığında baş verib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti