`Qərbin məqsədi sülh yox, yalnız neftdir` - Ərdoğan
“Suriya, Liviya və İraqdan gələn qaçqın axını ilə bacarmayan Qərb, iddia edir ki, bu ölkələrə azadlıq, sülh və inkişaf gətirir. Lakin bu bəyanatlara artıq heç kim inanmır. Liviya və İraqda neft var, və Qərb ölkələrini yalnız bu maraqlandırır. Hal-hazırda İraq və Liviya neftinin 80 %-i Qərb şirkətlərinin əllərindədir”, - Türkiyə prezidenti bildirib.
Ərdoğanın sözlərinə görə, bu gün Türkiyədə 2 milyona yaxın suriyalı qaçqın var. Ölkə onlara kömək etmək üçün əlindən gələn hər şey edir.
Teqlər: