Azərbaycanlı milyarder ad günü keçirmək üçün ada kirayələdi

Azərbaycanlı milyarder ad günü keçirmək üçün ada kirayələdi
  04 Sentyabr 2015    Oxunub:3430
Rusiyanın “LUKoil” neft şirkətinin prezidenti Vahid Ələkbərov öz yubileyini keçirmək üçün Çernoqoriyanın Sveti Stefan adasını icarəyə götürüb.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə Çernoqoriyanın “Vijesti” qəzeti məlumat yayıb.

Xəbərdə deyilir ki, V.Ələkbərovun qonaqları üçün park və iki çimərlik də kirayələnib. Bu zaman azərbaycanlı milyarderin yeganə tələbi olub: bu ərazilərə yalnız ad gününə dəvət olunmuş qonaqlar daxil ola və əylənə bilər, kənar şəxslər ora buraxılmamalıdır.

Qəzet yazır ki, ad günü tədbirləri üçün xüsusi menyu hazırlanıb və adaya çox bahalı içkilər gətirilib.

Adanın neçəyə icarə götürüldüyü açıqlanmır. Yalnız o məlumdur ki, adada dəbdəbəli ziyafət iki gün boyunca - sentyabrın 1-2-də davam edib.

Qeyd edək ki, “Forbes” jurnalının versiyasına görə, Vahid Ələkbərovun sərvəti 2015-ci ildə 12,2 milyard dollar təşkil edib.

Virtualaz.org


Teqlər:  





Xəbər lenti