Gürcüstan Türkiyəyə etiraz notası verdi

Gürcüstan Türkiyəyə etiraz notası verdi
  03 Sentyabr 2015    Oxunub:2402
Gürcüstanın Ankaradakı səfirliyi yaxınlarda bu ölkənin rəsmi şəxslərinin Abxaziyaya səfər etməsi ilə əlaqədar Türkiyə XİN-nə etiraz notası verib.
AzVision.az `Novosti Qruziya`ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Türkiyədəki səfiri İrakli Koplatadze bildirib.

`Türkiyəli həmkarlar bizə izah etdilər ki, hazırda Türkiyədə seçkiqabağı kampaniya gedir və bəzi deputatlığa namizədlər seçkilərdə yaşayan abxazların səsini qazanmaq üçün Soçidən Abxaziyaya gediblər”, - deyə səfir qeyd edib.

O, eyni zamanda bildirib ki, Türkiyə hakimiyyət səviyyəsində Gürcüstanın ərazi bütövlüyünü tanıyır və ölkə BMT-də Gürcüstanla bağlı qətnaməni qəbul edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti