Kaspşik qondarma `prezident`lə görüşdü

Kaspşik qondarma `prezident`lə görüşdü
  03 Sentyabr 2015    Oxunub:1754
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik qondarma `Dağlıq Qarabağ Respublikası` prezidenti Bako Saakyanla görüşüb.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Tərəflər görüşdə son vaxtlar Ermənistan-Azərbaycan sərhədində və Dağlıq Qarabağda, qoşunların təmas xəttində yaranan vəziyyəti müzakirə edib.

Qeyd edək ki, ötən gün Ermənistan müdafiə nazirinin birinci müavini David Tonoyan da ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb.

Tərəflər atəşkəs rejiminin pozulması hallarının artması və iriçaplı silahlardan istifadə edilməsindən narahatlıqlarını bildiriblər. D. Tonoyan həmçinin 3-6 sentyabr tarixlərində keçiriləcək “Şant-2015” təlimlərinin məqsədləri və çərçivələri barədə məlumat verib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti