Prezident həbs edildi
Belə ki, ölkə başçısı biznesmenlərin idxal mallarını rüsumdan azad etmək üçün gömrüyə ödədikləri rüşvətdən faiz əldə edib. Bu faizin məbləği isə milyonlarla ölçülür. Prezident istintaqdan yayınmaq immunitetinə malik olsa da konqress O.Peresin bu toxunulmazlığını aradan qaldırıb.
Bundan başqa ölkənin keçmiş vitse-prezidenti Roksana Balıdetti də eyni ittihamlarla həbs edilib.Qərara əsasən, prezidentə ölkə ərazisini tərk etmək qadağan edilib.
64 yaşlı Otto Peres Molina 2011-ci ildən Patriotik partiyadan deputat seçilib. Növbəti prezident seçkiləri isə bu ilin sentyabr ayının 6-da keçiriləcək. Peres Qvatemala Konstitusiyasına görə yenidən seçkilərdə iştirak edə bilməz.
İlkin Nəcəfzadə