Çak Norris Bakıya gəlir – FOTO
Samir Süleyman bildirib ki, Norris dağ keçisi ovlamağı çox xoşlayır.
“Çak Norris ilə yanaşı, iki qardaşı, anası və həyat yoldaşı ilə görüşlərim olub. Süfrə arxasında söhbətlər edirdik. Daha çox Azərbaycan və bu ölkənin idmanı barədə danışdıq, onları ətraflı məlumatlandırdım. Təəssüf ki, ölkəmiz ABŞ-da çox az tanınır. Bunu görüşlərim zamanı hiss etdim. Çak Norrisin qardaşlarından Ken Qallaher ABŞ Döyüş Növləri Federasiyasının (UFAF) prezidenti, digər qardaşı isə Aron Norrisdi.
Ov həvəskarıdır. Mən də ona Azərbaycanda ov üçün gözəl yerlər olduğunu dedim və ölkəmizə dəvət etdim. Çak Norris gələn ilin sentyabrında bura gəlməyə söz verdi. Düşünürəm ki, buranı görsə, film də çəkdirər.
Xüsusən də, Babadağ ətəyində ekstrim yerlər var. Çak Norris keçən il bizi bir tədbirə dəvət etsə də, iştirak edə bilməmişdik. Bu il Qafqaz regionu, Orta Asiya və Postsovet ölkələri adından yalnız Azərbaycan nümayəndəsi dəvət almışdı ki, o da mən idim.
Bu da onunla bağlıdı ki, biz çun-kuk-do döyüş növünü Azərbaycanda təmsil edirik. “, - deyə Süleymanlı qeyd edib.
Xatırladaq ki, Çak Norris Amerika kinoaktyoru və döyüş növləri ustası, Hollivud ulduzudur.