Dollar yenə bahalaşdı

Dollar yenə bahalaşdı
  03 Sentyabr 2015    Oxunub:1717
Bu gün sentyabrın 2-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə bahalaşıb.
AzVision.azın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 3-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi ötən günlə müqayisədə 0,0002 manat və ya 0,02% artaraq 1,0481 manat olub.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,005 manat və ya 0,42% azalaraq 1,1763 manata enib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti