Əri məşhur pianoçunu öldürdü

Əri məşhur pianoçunu öldürdü
  03 Sentyabr 2015    Oxunub:2146
Məşhur pianoçu, rus əsilli Norveç vətəndaşı Nataliya Strelçenko evində ölü tapılıb.
AzVision.az-ın “qafqazinfo”-ya istinadən xəbərinə görə, 38 yaşlı sənətçini Mançesterdəki evində əri Jon Martin öldürüb. Əri Strelçenkonu küt alətlə başından və boynundan vurub.

48 yaşlı John Martin saxlanılıb. Cinayətin törədilmə səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, Norveç vətəndaşı olan Martin piano ifaçısının həm də meneceri idi. Cütlüyün 14 yaşlı oğlan övladı var.

Xatırladaq ki, Rusiyanın Sankt Peterburq Dövlət Konservatoriyası və Norveç Musiqi Akademiyasında təhsil alan Strelçenko musiqi fəaliyyətinə 12 yaşında olarkən başlamışdı.


Teqlər:  





Xəbər lenti