Bu ölkədə İslam rəsmən qadağan edildi

Bu ölkədə İslam rəsmən qadağan edildi
  03 Sentyabr 2015    Oxunub:3825
Anqola höküməti ölkədə rəsmi olaraq islam dinini qadağan edib. Bununla da Anqola Respublikası dünyada məscidlərin olmayacağı yeganə dövlət olacaq.
Oxu.Az Conservative Post-a istinadən xəbər verir ki, ölkə prezidenti Joze Eduardu duş Santuş vəziyyəti belə şərh edib:

“Bu islamın ölkəmizə göstərdiyi təsirinə son qoyacaq”.

Mədəniyyət naziri Roza Kruz e Silva isə bildirib ki, respublikada islamın rəsmiləşdirilməsi prosesi Ədalət və İnsan Haqları nazirliyi tərəfindən təsdiq edilməyib, və ölkədəki bütün məscidlər növbəti sərəncama qədər bağlanacaq.

Nazir qeyd edib ki, islam dininin qadağan edilməsi, onun Anqola xalqının mədəniyyətinə və dəyərlərinə zidd olmasıdır.

Anqolanın 16 milyonluq əhalisinin əksəriyyəti xristian dininə ibadət edir.

ABŞ Dövlət Departamentinin məlumatlarına əsasən bu ölkədə təxminən 90.000 müsəlman yaşayır və onların əksəriyyəti Qərbi Afrika və Livandan gələn miqrantlardır.

Qeyd edək ki, Anqola prezidenti Joze Eduardu duş Santuş 1963-1969-cu illərdə Bakıda Azərbaycan Neft və Kimya institutunda təhsil alıb.


Teqlər:  





Xəbər lenti