Qırmızı Xaç Komitəsinin iki əməkdaşı güllələndi

Qırmızı Xaç Komitəsinin iki əməkdaşı güllələndi
  02 Sentyabr 2015    Oxunub:2192
Beynəlxalq Qırmızı Xaç komitəsinin iki əməkdaşı bu gün Yəməndə öldürülüb.
ANS PRESS-in məlumatına görə, Yəmənin şimalında yerləşən Amran vilayətində Beynəlxalq Qırmızı Xaç komitəsinin iki əməkdaşı maşında qətlə yetirilib.

Xarici KİV-lərin xəbərinə əsasən, komitənin iki əməkdaşı naməlum silahlılar tərəfindən Yəmənin paytaxtı Sanaya qayıdarkən yolda güllələniblər.

Avqustun sonunda Beynəlxalq Qırmızı Xaç Komitəsi qərargaha edilmiş hücumdan sonra Yəməndə öz işini dayandırıb. Xüsusi halda, missiya maşınlardan, puldan və avadanlıqdan məhrum edilib.

Yəməndə silahlı münaqişə artıq bir il olar ki, davam edir. Səudiyyə Ərəbistanının başçılığı ilə beynəlxalq koalisiya mart ayından bu ölkənin ərazilərinə aviazərbələr endirir. Hətta, bu hücumlar nəticəsində ölkə prezidenti Mənsur Hadi Ər-Riyada da qaçıb. Yəmən şəhəri olan Əden yalnız iyul ayının ortalarında azad edilib.

Odur ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi apreldə ölkədə humanitar vəziyyəti faciə adlandırıb. Araşdırmalara görə, bu münaqişələr nəticəsində, təxminən, dörd min insan dünyasını dəyişib ki, bunların da çoxu dinc sakinlərdir. Bundan əlavə, 1,4 milyon vətəndaş öz evlərini tərk etmək məcburiyyətində qalıb.


Teqlər:





Xəbər lenti