İŞİD 18 Türkiyə vətəndaşını qaçırdı

İŞİD 18 Türkiyə vətəndaşını qaçırdı
  02 Sentyabr 2015    Oxunub:2416
İraqın paytaxtı Bağdadda İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının yaraqlıları 18 Türkiyə vətəndaşını qaçırıb.
Bu barədə AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən hərbi forma geyən naməlum şəxslər Bağdadın şərqində yerləşən tikinti meydançasına daxil olub və orada çalışın 18 türk vətəndaşını naməlum istiqamətdə aparıb.

Hələlik bu akta görə heç kəs məsuliyyəti öz üzərinə götürməyib. Lakin Türkiyə DİN-i vətəndaşlarının İŞİD yaraqlıları tərəfindən qaçırıla biləcəyini ehtimal edir.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan edib. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti