`Azərbaycana hörmət edirəm` - Erməni şahmatçı

`Azərbaycana hörmət edirəm` - Erməni şahmatçı
  02 Sentyabr 2015    Oxunub:3299
Bir həftə sonra Bakıya uçuram. Dünya kubokundan sonra Berlində sürətli şahmat və blitz üzrə dünya çempionatına qatılacam.
AzVision.az `Armenia Today`-ə istinadən xəbər verir ki, bu barədə açıqlamasında dünyaca məşhur erməni şahmatçı Levon Aronyan bildirib.

`Təəssüf ki, biz şahmatçılar üçün ölkələr arasındakı münaqişənin həllinə yardım etmək çətindir. Ancaq musiqiçilər, müxtəlif yaradıcı sənət nümayəndələri Azərbaycana sülhməramlı kimi gəlirlər, mən də onlardan nümunə götürəcəm.

Qonşu ölkəyə hörmət etdiyimi göstərməyə, ən yaxşı oyunumu nümayiş etdirməyə və yerli azarkeşləri sevindirməyə çalışacam`.

Qeyd edək ki, şahmat üzrə dünya kuboku bu ilin sentyabrın 10-da Bakıda start götürəcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti