Lavrovdan sonra daha bir nazir Azərbaycana gəlir
Lavrov bildirib ki, beynəlxalq konyukturaya baxmayaraq, bu əlaqələr yüksələn xətlə inkişaf edir və bu baxımdan Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının fəaliyyəti önəmlidir.
Nazirin sözlərinə görə, bu yaxınlarda Rusiya sənaye və ticarət naziri Denis Manturovun Azərbaycana səfər edəcəyi gözlənilir.
Sergey Lavrov Rusiya Federasiyasına göndərilən Azərbaycan kənd təsərrüfatı məhsullarının həcminin artmasını məmnunluqla qeyd edərək, Azərbaycan tərəfindən qəbul olunmuş qərarların Rusiyanın nəqliyyat şirkətlərinin beynəlxalq daşımalarının sayının artmasına da xidmət etdiyini və bunu yüksək qiymətləndirdiyini vurğulayıb.
Eldar Tanrıverdiyev
AzVision.az