SOCAR qazın qiymətini qaldırdı

SOCAR qazın qiymətini qaldırdı
  02 Sentyabr 2015    Oxunub:3308
`SOCAR Georgia Gas` şirkəti kommersiya istehlakçıları üçün qazın qiymətinin dəyişdirilməsi barədə məlumat yayıb.
Bu barədə AzVision.az `Biznes-Qruziya`ya istinadən xəbər verir.

“Təbii qazın qiymətinin unifikasiyası məqsədilə onların SOCAR Georgia Gas kommersiya sektorunda istehlakçıların müəyyən qrupu üçün korrektəsi lazım oldu.

SOCAR Georgia Gas-ın nəql edilən qazın 1 kubmetr üçün qiyməti 84 tetridən aşağı olan kommersiya istehlakçıları üçün cari ilin oktyabr ayının 1-dən qazın 1 kubmetri üçün qiymət ƏDV nəzərə alınmaqla 84 tetri olacaq.

Şirkətin qərarı ilə çörək zavodları və büdcə təşkilatları üçün təbii qazın qiyməti dəyişməz olaraq qalacaq”, - deyə `SOCAR Georgia Gas` şirkətinin yaydığı məlumatda bildirilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti