Cəbhədə güclü atışma: İki erməni yaralandı

Cəbhədə güclü atışma: İki erməni yaralandı
  02 Sentyabr 2015    Oxunub:2736
Sentyabrın 1-də axşam saatlarında Ermənistan-Azərbaycan sərhədində baş verən atışma nəticəsində 2 erməni hərbçisi yaralanıb.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, insident Tavuş rayonu Ayqepar və Çinari kəndində baş verib.

Atışma nəticəsində iki erməni iki hərbçisi yaralanıb. Əvvəlcə onlar Berd şəhər xəstəxanasına, oradan isə hərbi hospitala aparılıblar.

Ermənistan müdafiə nazirinin mətbuat katibi Ertsrun Ovannisyan məlumat verib ki, yaralananlar müddətli hərbi qulluqçular – 1996-cı il təvəllüdlü Vladimir Aramoviç Qevorkyan və 1993-cü il təvəllüdlü Qor Ambartsumoviç Qevorkyandır.

Onların vəziyyətinin stabil olduğu bildirilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti