“Google”nin loqotipi dəyişdirilib

“Google”nin loqotipi dəyişdirilib
  02 Sentyabr 2015    Oxunub:1898
Dünyanın ən böyük virtual axtarış sistemlərindən olan “Google” öz loqotipinə dəyişikliklər edib.
“Google”un təqdim etdiyi yeni loqotipdə şriftlərin forması və rənglər əvvəlkindən fərqlidir. Sistem yeni loqosunda yeni yazı tipindən və daha yumşaq rənglərdən istifadə etməyə başlayıb. Amma bu loqotipdə də şirkət mavi, qırmızı, sarı və yaşıl tonlarını saxlayıb. Bundan başqa şirkət mobil proqramlar üçün yeni loqotipi təqdim edib.

Köhnə loqo fərdi kompyuterlər üçün nəzərdə tutulurdu. Şirkətdən bildirilir ki, yeni loqotip bir neçə qurğuda iş üçün xüsusi olaraq yaradılıb. İstifadəçilər "Google"un bütün funksiyalarında bu dəyişiklikdən istifadə edə biləcəklər.

1998-ci ildə yaradılan axtarış sisteminin artıq beşinci dəfədir ki, loqotipinə dəyişiklik edilir.


Teqlər:





Xəbər lenti