3 jurnalist qətlə yetirildi

3 jurnalist qətlə yetirildi
  02 Sentyabr 2015    Oxunub:1574
Filippində bir neçə gün ərzində üç jurnalist qətlə yetirilib.
"Report" AFP-yə istinadən xəbər verir ki, yerli nüfuzlu şəxslər onların ünvanına tənqidlə çıxış edən istənilən jurnalisti susdura və bunun müqabilində heç bir сəza almaya bilərlər.

Polis və Jurnalistlərin Müdafiə Komitəsinin məlumatına görə, avqustun 18-də Taqum şəhərindəki öz evi yaxınlığında 67 yaşlı reportyor Qreqori İbanes güllələnib. Onun ardınca avqustun 19-da 57 yaşlı jurnalist Teodoro Eskanilya Sorsoqon əyalətindəki evində qətlə yetirilib. Avqustun 27-də isə cənub liman şəhəri Ozamis bazarında radioşərhçi Kosme Maestrado (27 yaş) öldürülüb.


Teqlər:





Xəbər lenti