İran 20 hərbi təlim keçirmək istəyir

İran 20 hərbi təlim keçirmək istəyir
  02 Sentyabr 2015    Oxunub:1692
İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı general-mayor Məhəmməd Əli Cəfəri İran Silahlı Qüvvələrinin ilin sonunadək 20 hərbi təlim keçirmək niyyətində olduğunu bildirib.
Məhəmməd Əli Cəfəri həmçinin 2-3 avqust tarixlərində İranın Könüllü Səfərbərlər Ordusunun (BƏSİC) təlimlərinin keçiriləcəyini bildirib. Onun sözlərinə görə, təlimlərdə 250 min nəfərdən ibarət 250 batalyon iştirak edəcək: “Könüllülər təlimlər zamanı təhlükəsizlik sahəsində təhdidlərin qarşısının alınması üzrə manevrlər həyata keçirəcək”.

Qeyd edək ki, bu günlərdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Əli Fədavi İİKK-nin ilin sonunadək iki xüsusi təlimin keçiriləcəyini bildirib. Onun sözlərinə görə, təlimlərin birinə ordunun cəlb ediləcəyi planlaşdırılıb. Əli Fədavi İranın hərbi texnikanı təkmilləşdirməkdə davam etdiyini qeyd edib.

Qeyd edək ki, İran bundan əvvəl yeni raket, torpeda və öz istehsalı olan digər silah və texnikanı – hərbi gəmilər, sualtı qayıqlar, helikopter və təyyarələri sınaqdan keçirib. Xatırladaq ki, İİKK Hərbi Dəniz Qüvvələri fevralda Fars körfəzi və Hörmüz boğazı akvatoriyalarında “Böyük Peyğəmbər” adlı genişmiqyaslı təlimlər keçirib. (Apa)


Teqlər:  





Xəbər lenti