Şuşanı işğal edən erməni general öldü

Şuşanı işğal edən erməni general öldü
  01 Sentyabr 2015    Oxunub:4650
Ermənistan ordusunun yaradıcılarından biri olan general-polkovnik Qurqen Dalibaltyan ölüb.
89 yaşlı general hərb karyerası ərzində 1963-cü ildən 69-cu ilədək Azərbaycanda yerləşən hərbi hissələrdə də qulluq edib. O, SSRİ-də xidmət etdiyi 1991-ci ildə SSRİ dağIldıqdan sonra Ermənistan üçün nizami ordu qurulmasında fəal iştirak edib. Qarabağda dinc əhaliyə divan tutmaqda xüsusi ad çıxaran general 1992-ci ildə Arkadi Ter Tadevosyanın rəhbərliyi altında Şuşanın işğal edilməsi ilə nəticələnən "Dağlarda toy” əməliyyatının fəal rəhbərlərindən olub. 11 min erməni əsgəri ilə hücuma keçən ermənilərin qarşısına Şuşada cəmi 300 döyüşçü çıxıb. Bununla belə əsgərlərimiz düşmənə 11 saat müqavimət göstərə bilib. Hücum nəticəsində 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilib, 165 nəfər yaralanıb, onlardan 150 nəfəri əlil olub, 552 körpə valideynlərini itirib, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşüb. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.

Qurqen Dalibaltyan isə belə böyük "qəhrəmanlıqları”na görə sonradan Ermənistan prezidentinin müşaviri təyin edilib. O, həyatının sonunadək hərbi inspektor vəzifəsini icra edib.


Teqlər:





Xəbər lenti