Azərbaycanda ən çox pul xərcləyən nazir

Azərbaycanda ən çox pul xərcləyən nazir
  01 Sentyabr 2015    Oxunub:6262
Kuk adalarının maliyyə naziri Mark Braun qısa müddət ərzində səfər etdiyi ölkələr arasında ən çox Azərbaycanda pul xərcləyib.
Son 11 ay ərzində Mark Braun gəzdiyi ölkələrdə ümumilikdə 38 min ABŞ dolları xərcləyib. Yeni Zellandiya Beynəlxalq radiosunun məlumatına görə, bu vəsaitin böyük həcmini nazir məhz Azərbaycanda xərcləyib.

2014-ci il avqust - 2015-ci il iyun arası maliyyə naziri doqquz ölkədə rəsmi səfər edib.

Azərbaycana bu ilin mayında Asiya İnkişaf Bankının idarə heyətinin toplantısına gələn Mark Braun, burda 12 günlük səfər çərçivəsində 20 min ABŞ dolları xərcləyib. Məlumata görə cənab Braun və onun xanımının təkcə uçuş xərcləri 17 min ABŞ dolları təşkil edib.

Kuk adalarının nazirlər kabinetinin üzvləri yalnız biznes sinifi ilə səyahət edirlər və onların ildə bir dəfə rəsmi səfərə həyat yoldaşları ilə getmək hüququ var. (Ans)


Teqlər:





Xəbər lenti