Xarici işlər naziri istefaya göndərildi

Xarici işlər naziri istefaya göndərildi
  01 Sentyabr 2015    Oxunub:3339
Gürcüstanın xarici işlər naziri Tamara Beruçaşvili istefaya göndərilib.
AzVision.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirdiyi brifinqdə baş nazir İrakli Qaribaşvili bildirib.

Məlumata görə, iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili yeni xarici işlər naziri təyin olunub.

Qaribaşvilinin sözlərinə görə, Dmitriy Kumsişvili isə iqtisadiyyat və davamlı inkişaf naziri postuna gətirilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti