İŞİD-də çevriliş – 120 saqqallı edam edildi

İŞİD-də çevriliş – 120 saqqallı edam edildi
  01 Sentyabr 2015    Oxunub:4236
Ötən gün İraqın Naynava vilayətində İraq və Şam islam Dövləti (İŞİD) terror təşkilatının 120 yaraqlısı edam olunub.
AzVision.az xəbər verir ki, bu barədə “Al Sumaria” telekanalı Kürdüstan Demokratik Partiyasının (KDP) rəsmisi Səid Mamuziniyə istinadən xəbər verir.

Onun sözlərinə görə, edam olunan yaraqlılar çevriliş etmək və İŞİD lideri Abu Bəkr əl-Bağdadini devirmək cəhdində ittiham olunub.

Mamuzini vurğulayıb ki, çevriliş 30 avqust tarixində baş verməliymiş.

“Lakin iki gün əvvəl həbs olunan 5 İŞİD yaraqlısı çevriliş planını açıqlayıb”, - deyə KDP rəsmisi bildirib.

Bundan sonra aralarında 18-i komandir olmaqla, 122 yaraqlı çevriliş cəhdində ittiham olunaraq Mosul şəhərinin cənubunda yerləşən həbsxanada güllələnib.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan edib. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti