Lavrov bu gün Azərbaycana gəlir

Lavrov bu gün Azərbaycana gəlir
  01 Sentyabr 2015    Oxunub:2729
Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri başlayır.

AzVision.az -ın məlumatına görə, səfər çərçivəsində iki ölkə arasında ikitərəfli və çoxtərəfli münasibətlər, əməkdaşlıq perspektivləri, regionda gedən proseslər, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə ediləcək.

Lavrovun səfəri zamanı azərbaycanlı həmkarı Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşəcəyi gözlənilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti