Parlament qarşısında partlayış: Ölən var (Yenilənib+VİDEO)
17:17
Ukrayna Ali Radası yaxınlığında baş verən partlayış nəticəsində yaralıların sayı 100-ə çatıb. Yaralıların vəziyyəti ağır olduğundan ölənlərin olacağı istisna edilmir. Bu barədə AzVision.az `112.ua`ya istinadən xəbər verir.
Bu arada Kiyev meri Vitali Kliçko Ali rada qarşında baş verən qarşıdurmalar zamanı bir nəfərin öldüyünü bəyan edib.
***
16:40
AzVision.az `TASS` agentliyinə istinadən xəbər verir ki, etirazçılar parlament binasında olan hüquq mühafizə orqanları əməkdaşları tərəfində tüstü bombaları atırlar.
`112.ua` portalının məlumatına görə, Ali rada yaxınlığında Milli Qvardiyanın əsgərlərinin olduğu əraziyə qumbara atılıb. Partlayış nəticəsində 15 əsgər yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdır.
Hazırda Ukrayna parlamenti qarşısında etiraz aksiyaları davam etdirilir.
Eldar Tanrıverdiyev
AzVision.az