İrəvanın mərkəzində atışma: Xəsarət alanlar var

İrəvanın mərkəzində atışma: Xəsarət alanlar var
  31 Avqust 2015    Oxunub:2226
Ötən gün axşam saatlarında Ermənistan paytaxtında İrəvanın mərkəzində atışma olub.
AzVision.az `News.am`-a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Komitənin məlumatına görə, avqustun 30-u yerli vaxtla saat 22:10-da Amiryan küçəsində kütləvi dava, atəş səsləri və xəsarət alanların olmasına dair məlumat daxil olub.

Hadisə yerinə baxış zamanı `Voltran` tipli tapança, bir patron və bir giliz aşkarlanıb.

Ermənistan polisi faktla bağlı araşdırmalara başlayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti