Ərdoğan PKK-ya səsləndi: `Silahı yerə qoyun`
Türkiyə prezidenti Kürdüstan Fəhlə Partiyası (PKK) yaraqlıları tərəfindən ölkə ərazisində törətdikləri terror hücumlarından danışıb: `Xalq hər şeyi görür, bunu sosial şəbəkələrdə aparılan müzakirələr də göstərir. Silahlı Qüvvələr, bütün təhlükəsizlik qüvvələri sona kimi terrorizmlə mübarizə aparacaq`.
Ərdoğan çıxışı zamanı PKK yaraqlılarına da səslənib: `Terrorçular ya silahı yerə qoymalı, ya da ölkəni tərk etməlidilər. Heç kəs qərbdə, şərqdə, cənubda və ya istənilən bir yerdə dinc vətəndaşların həyatına son qoya bilməz. Türkiyə bir neçə cinayətkar və terrorçunun öz istəyini edə biləcəyi bir ölkə deyil. Onlar cəzalandırılacaq və hər şeyə görə cavab verəcəklər`.
Eldar Tanrıverdiyev
AzVision.az