Niyə “erməni soyqırımı” Beynəlxalq Məhkəməyə çıxarılmır? – TƏHLİL

Niyə “erməni soyqırımı” Beynəlxalq  Məhkəməyə çıxarılmır? – TƏHLİL
  12 İyun 2013    Oxunub:1994
Sahil İskəndərov
Xüsusi olaraq AzVision.az üçün

Erməni ideoloqları və lobbisi qondarma “soyqırımı” iddialarını dünyada tanıtmaq üçün cəhdlər etsələr də, niyə görəsə məsələni Beynəlxalq Məhkəməyə çıxarmağa can atmırlar. Hərçənd, “soyqırımı” iddiaları barədə verdikt çıxarmaq ayrı-ayrı dövlətlərin muzdla tutulmuş siyasətbazlarının və parlamentarilərinin yox, sırf bu qurunmun səlahiyyətinə aid məsələdir. Bütün digər “tanınmalar” heç bir hüquqi əsasa malik deyil.

Bu baxımdan 2010-cu ilin aprelində Ermənistana səfəri zamanı Haaqa Beynəlxalq Məhkəməsinin prokuroru L.Moreno-Okamponun səsləndirdiyi bəyanat böyük maraq kəsb edir: “Sözügedən məhkəmə strukturu “erməni soyqırımı”nı tanımaq məsələsini müzakirə edə bilər, amma çətin ki, ermənilər buna getsinlər”.

L.Moreno-Okamponun ermənilərin bu yönümdə addım atacağına skeptik yanaşması ən azı bir neçə səbəblə izah oluna bilər:

1) Müsbət verdikt çıxarılması üçün əssasız bəyanatlar kifayət deyil. Mötəbər və ciddi dəlillər tələb olunur ki, məhz onlar da yoxdur.

2) Rəsmi Ankara çox güclü arqument qazana bilər. Belə ki, yalnız 1948-ci ildə beynəlxalq hüquqi status almış “Soyqırımı cinayətinin qarşısının alınması və soyqırıma görə cəza” Konvensiyası, heç bir Qanunun geriyə qüvvəsi olmadığından, retrospektiv qaydada tətbiq edilməz. Bu Konvensiya birmənalı şəkildə yalnız iştirakçı dövlətlərin və yalnız gələcəkdə (1948-ci ildən sonra) belə hallara görə cəzalandırılmasını nəzərdə tutur. Bu barədə əksər ölkələrin, o cümlədən də ABŞ-ın, məşhur hüquqşünasları dəfələrlə bəyanat veriblər: “Beynəlxalq hüquq ümumiyyətlə müqavilələrin retraktiv tətbiqini qadağan edir”.

3) Bundan öncə isə, rəsmi Ankara Avropanın insan Haqları üzrə Məhkəməsi Türkiyədə fəaliyyət göstərən “Əsassız erməni iddiaları ilə mübarizə təşkilatı”nın Xocalı soyqırımına görə Ermənistan prezidenti Serj Sərkisyanın məsuliyyətə cəlb olunması barədə 2010-cu ilin dekabrında ünvanladığı müraciətə baxılması tələbini irəli sürə bilər. Sözügedən kontekstdə 2010-cu ilin mart ayının son günlərində “erməni soyqırımı” barədə Böyük Britaniya parlamentinin Lordlar palatasında keçirilən dinləmələrdə lord Maginisin bəyanatını xatırlatmaq maraqlıdır: “Yüz il əvvəl baş vermiş hadisələri müzakirə etməkdənsə, Dağlıq Qarabağ münaqişəsini həll etmək yaxşı olardı. Bir əsr əvvəl yaşanmış hadisələrin təfərrüatına varmaq faydasızdır. 100 il əvvəl Osmanlı imperiyasında baş verənlər barədə geriyə boylanmaqdansa, digər problem olan Dağlıq Qarabağ münaqişəsini həll etmək yaxşıdır. Hər iki tərəfə bəraət qazandırmaq üçün heç bir əsas yoxdur. Amma mənim nöqteyi-nəzərimdən, ermənilərin və rusların cəhdləri münaqişəyə səbəb olub ki, bu da faktiki ağır şəraitdə olan çoxlu sayda insan tələfatı ilə nəticələnib”.

4) Türkiyə “erməni soyqırımı”nı tanıyan dövlətləri Beynəlxalq Məhkəmənin səlahiyyətlərini qəsb etməkdə günahlandıraraq, onların özlərini Beynəlxalq Məhkəməyə verə bilər. Bu əsnada müxtəlif ölkələrdə seçicilərin səslərini qazanmaq, habelə sırf şəxsi siyasi və iqtisadi maraqlarından çıxış edərək, “erməni soyqırımı”nı tanınmasını tələb edən siyasətbazlara və parlamentarilərə xüsusi diqqət ayrılmalıdır. Bununla həm də “erməni soyqırımı bir həqiqətdir, lakin bizim dövlətin geosiyasi və geostrateji maraqları baxımından onu tanımaq olmaz” kimi spekulyativ bəyanatlara son qoymaq olar. Bu cür bəyanatların özü də “erməni soyqırımı” iddiasının sırf siyasi mahiyyətini ifşa edir.

***
“Erməni soyqırımı”nın absurd olduğunu göstərən bir sıra faktlar və məntiqi dəlillər var ki, onlarla gələn yazıda tanş olacağıq.



Teqlər:  





Xəbər lenti