Erməni ermənini azərbaycanlı bilərək güllələyib

Erməni ermənini azərbaycanlı bilərək güllələyib
  31 Avqust 2015    Oxunub:4474
Ermənistanın Tavuş vilayətində qeyri-adi hadisə baş verib.
AzVision.az virtualaz.org-a istinadən xəbər verir ki, Tavuş vilayətində yerli sakinlərdən biri tanımadığı adamı azərbaycanlı bilərək güllələyib. Buna görə də atəş açan şəxs Tsaxkavan kəndinin sakini - Alik qətl törətməyə çalışmaqda ittiham edilir.

Məlumata görə, ittiham aktında qeyd olunur ki, A.Alik bu il yanvarın 4-də saat 22 radələrində yolda tanımadığı adamla rastlaşıb. Sonradan məlum olub ki, bu, 49 yaşlı O.Viktordur.

Nabələd şəxs A.Aliklə ünsiyyətə girmək istəməyib və onunla naməlum dildə danışıb.

A.Alik isə bundan belə nəticə çıxarıb ki, həmin şəxs Azərbaycandan gəlib. Və buna görə də ov tüfəngindən ona atəş açıb.

A.Alik barədə başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.


Teqlər:  





Xəbər lenti