Miqrantlar və polis döyüldü, Merkel söyüldü

Miqrantlar və polis döyüldü, Merkel söyüldü
  29 Avqust 2015    Oxunub:3885
Almaniyanın Saksoniya əyalətinin Haydenau şəhərində miliyyətçilik mühiti getdikcə daha çox qızışmağa başlayıb. Miliyyətçi, dini və iqri ayrı-seçkilik zəminində qaçqınlara qarşı baş verən xoşagəlməz hallar böyük səs-küyə səbəb olub.

Haydenau şəhərində baş verən etirazda miliyyətçilərin daş, butulka və yanğın törədən vasitələrlə qaçqın sığınacağına təşkil etdikləri hücum nəticəsində 31 nəfər polisin yaralandığı bildirilir. Polisin müdaxiləsi nəticəsində sağ sektorun blokadasını yarmaq və avtomobil yolunun istifadəsini bərpa etmək mümkün olunub.

Almaniyanın Ədliyyə naziri Hayko Mass və Vitse-kansler Zigmar Gabriel təcili surətdə bu kimi halların qarşısını almaq üçün qabaqlayıcı addımların atılması ilə bağlı qərar veriblər. Gəlmələrə, eləcə də qaçqınlara qarşı sağçı ekstimist qruplar tərəfindən həyata keçirilən istənilən hücum faktorunun qarşının alınması üçün qaçqın kamplarının yaxınlığında təhlükəsizlik zonasının yaradılması ilə bağlı, eləcə də nizamsızlıq hallarının aradan qaldırılması ilə bağlı hər iki nazir tərəfindən tapşırıq verilib.

Məsələ ilə əlaqədar Almaniyanın Daxili İşlər naziri Tomas de Maiziere Avropa ölkələrindən tez bir zamanda hansı qaçqınların geri qaytarılacağı ilə bağlı ortaq məxrəcə gəlməyi tələb edib. Müxalifət partiyanın nümayəndələri isə Angela Merkeli ciddi addım atmamaqda, həmçinin ölkəyə güclü qaçqın axının qarşısını almamaqda günahlandırırlar.

Saksoniya əyalətinin Haydenau şəhərində baş verən miliyyətçi etirazların ardından kansler Angela Merkel, eləcə də prezident Yoaxim Gauk bölgədəki miqrant düşərgələrinə baş çəkiblər.


Merkel bildirib ki, qaçqınlara qarşı ultra-sağçı, yaxud neonasist hücum halları iyrənc, utancverici, həm də çox pis haldır.

Prezident Yoaxim Gauk isə tətildə olduğu halda təcili geri dönərək, problemi yaxından araşdırmağa başlayıb.

“Haydenau olayı”ndan sonra kansler Angel Merkel Fransa prezidenti Fransua Ollanda görüşərək hər iki ölkə adından digər Avropa ölkərinə səslənərək qaçqın məsələsinə vahid mövqe sərgiləməyi tələb ediblər. Olland çıxışında bildirib ki, qaçqın axını təkcə Fransa və Almaniyanın üzərində düşən məsələ deyil, bütün Avropa ölkərinə aid problemdir. O, əlavə edib ki, `Almaniyadakı olay bizim hamımızın vicdanına, insafına qarşı olunmuş hücum kimi qiymətləndirilməlidir`.

Onu da qeyd edək ki, Haydenau şəhərində neonasistlərin gəlmələrə qarşı düzənlədikləri böyük etirazdan sonra qaçqın sığınacağına gələn Merkel ədəbsiz sözlər eşitmək məcburiyyətində qalıb. Ekstremist qrupun üzvləri, xüsusən neonasistlər Merkelə xiatabən təhqir və söyüşlər səsləndirməyə başlayıb, onu xalqa xəyanət etməkdə də günahlanıdırıblar.

Fərrux Həsənov
AzVision.az


Teqlər:  





Xəbər lenti