Nazir müavininə sui-qəsd: Ölən və yaralılar var

Nazir müavininə sui-qəsd: Ölən və yaralılar var
  29 Avqust 2015    Oxunub:3111
Gürcüstanın sabiq daxili işlər nazirinin müavini Levan Qvazavaya qarşı sui-qəsd təşkil olunub.
AzVision.az `İnterfax`a istinadən xəbər verir ki, bu barədə Gürcüstan prokurorluğu xəbər yayıb.

Məlumata əsasən Tbilisi – tabahmela şosesində baş verən mümkün sui-qəsd nəticəndə Qvazava baş nahiyəsindən yaralanıb və ağır halda İnqorokva klinikasına çatdırılıb. Onu müşayiət edən Rezo Kalomleçavi isə hadisə yerində öldürülüb.

Prokurorluqdan vurğulanıb ki, sabiq nazir müavinin vəziyyəti ağırdır, ona süni nəfər aparatı qoşulub, komadadır.

Yaralının klinikada olan qohumları baş vermiş hadisəni şərh etmirlər. Onlar jurnalistlərə bildiriblər ki, Qvazava `Hüquq mühafizə orqanları əməkdaşlarının müdafiəsi liqası`nın təsisçilərində biridir. Öldürülən şəxs isə onun qohumu, sabiq polis işçisidir.

Sui-qəsdin törədildiyi yerə şəxsən Gürcüstan DİN rəhbəri Georgi Mqebrişvili baş çəkib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti