Saakaşvilinin köməkçiləri deputatı döydülər

Saakaşvilinin köməkçiləri deputatı döydülər
  29 Avqust 2015    Oxunub:2832
Odessada Mixail Saakaşvilinin köməkçiləri Ali Radanın deputatını döyüblər.
Bu barədə hadisə yerində olan jurnalist Vera Zaporojye öz şəxsi facebook səhifəsində xəbər verib. Onun bildirdiyi kimi, avqustun 27-də vilayət administrasiyasının binasında xeyli şahidin yanında Ukraynanın xalq deputatı Aleksey Qonçarenko döyülüb.

Deyilənlərə görə, deputatın döyülməsinin əsas səbəbi onun prezident Pyotr Poroşenkonun siyahısında qadağa qoyulmuş yerlərdə ticarətlə məşğul olmaqda şübhəli bilinməsidir.

Davadan sonra deputatı binadan çıxarıblar. Jurnalistin məsələ ilə bağlı sualına isə Qonçarenko belə cavab verib ki, bu vəziyyəti şərh etmək istəmir.

Aleksey Qonçarenkonun qalmaqallı xəbərlərlə gündəmə gəlməsi ilk hal deyil. Deputat 2014-cü il, mayın 2-də Odessada Həmkarlar İttifaqının binasının yanğınında aktiv iştirakı ilə yadda qalıb. Həmin insidentdə çoxlu sayda insan ölüb və Aleksey ölmüş və yaralanmış insanların şəklini sosial şəbəkələrdə durmadan yayıb.

Bu ilin martında da Qonçarenko Avropa Parlamentində qalmaqal yaradıb. Belə ki, parlamentdə fransız Janna Lyuka Şafxauzerin 2014-cü ilin fevral ayında Ukraynaya qaz ixracına Amerika kəşfiyyatçılarının başçılıq etməsi kəlməsi deputatın xoşuna gəlməyib. O zaman təhlükəsizlik xidməti güclə də olsa Qonçarenkonu zaldan çıxarıb (Ans).


Teqlər:





Xəbər lenti