Sabiq nazir prezidentə qarşı partiya yaradır
`Vardan Oskanyanın partiya yarada bilməməsi haqqında şayiələrə baxmayaraq, ötən gün redaksiyamıza onun yeni partiyasını elan edəcəyinə dair məlumat daxil olub`, - deyə qəzet yazır.
Xatırladaq ki, daha əvvəl Vardan Oskanyanın `Çiçəklənən Ermənistan` fraksiyasının müstəqil deputatı Vaqe Ovannisyanla birgə partiya yaradacağı bildirilirdi. Lakin sonradan onların bu iş birliyi pozulub.
Qeyd edək ki, Vardan Oskanyan 1998-2008-ci illərdə Ermənistanın xarici işlər naziri vəzifəsində çalışıb.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: