Türkiyədə müvəqqəti hökumət quruldu – SİYAHI

Türkiyədə müvəqqəti hökumət quruldu – SİYAHI
  29 Avqust 2015    Oxunub:2849
Türkiyə Cümhuriyyətinin 63-cü hökumətinin tərkibi məlum olub.
Ötən gün axşam saatlarında prezident Ərdoğana hökumətin siyahısını təqdim edən baş nazir Əhməd Davudoğlu, siyahının prezident tərəfindən təsdiq edilməsindən sonra Çankaya iqamətgahında yeni nazirlər şurasının tərkibini açıqlayıb.

AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, 63-cü dəfə qurulan hökumətdə aşağıdakı şəxslər təmsil olunacaq:

Baş nazir- Əhməd Davudoğlu

Baş nazirin müavini- Numan Kurtulmuş

Baş nazirin müavini- Tuğrul Türkeş

Baş nazirin müavini- Cevdet Yılmaz

Baş nazirin müavini- Yalçın Akdoğan

Daxili işlər naziri – Səlami Altınok

Xarici işlər naziri- Firidun Sinirlioğlu

Elm və sənaye naziri- Fikri Işık

İnkişaf naziri –Müslim Doğan

İqtisadiyyat naziri- Nihat Zeybəkçi

Ətraf mühit və şəhərçilik naziri- İdris Güllücə

Gənclik və idman naziri- Akif Çağatay Kılıç

Meşəçilik və su işləri naziri- Veysəl Əroğlu



Milli təhsil naziri- Nabi Avcı

AB naziri- Ali Haydar Konca

Nəqliyyat, dənizçilik, kommunikasiya naziri - Firidun Bilgin

Ədliyyə naziri-Kənan İpək

Maliyyə naziri-Məhmət Şimşək

Səhiyyə naziri- Məhmət Müəzzinoğlu

Gömrük və ticarət naziri- Cənab Aşçı

Mədəniyyət və turizm naziri- Yalçın Topçu

Enerji naziri- Əli Rza Alaboyun

Milli müdafiə naziri- Vəcdi Könül

Ailə və sosial siyasətlər naziri- Ayşən Gürcan

Əmək və sosial təminat naziri- Əhməd Ərdəm

Ərzaq, kənd təsərrüfatı və heyvandarlıq naziri- Kutbəddin Arzu

Xatırladaq ki, Türkiyə tarixində ilk dəfə seçki hökuməti qurulub. Hökumətin əsas vəzifəsi ölkəni 1 noyabrda keçiriləcək erkən seçkiyə qədər idarə etməkdir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti