Toy mərasimi zamanı ənənəyə sadiq qalan gəlin ağ gəlinlik, 14 yaşlı bəy isə boz rəngli kostyum geyinib.
Həddən ziyadə kosmetika ilə bəzədilən az yaşlı gəlin öz yaşından böyük görünüb.
Qeyd edək ki, İran İslam Respublikasının qanunlarına görə ,qızlar atalarının icazəsi ilə 13, oğlanlar isə 15 yaşlarından evlənə bilərlər.
İran xəbər saytlarının yazdıqları məlumata görə, İranda 2010-cu ildə 42000 min 10-14 yaş arası uşaqlar evləndirilib.
AzVision.az