Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun sərəncamına əsasən, XİN başçısı Rəşid Meredov 28-29 avqust tarixində Türkiyəyə ezam olunub. AzVision.az-ın məlumatına görə, Türkmənistan hökumətinin rəsmi saytında yerləşdirilən məlumatda görə, Meredov Türkmənistan, Azərbaycan və Türkiyənin XİN başçılarının üçtərəfli görüşündə iştirak edəcək.
Xarici işlər nazirlərinin müzakirə edəcəyi məsələlərdən biri Türkmənistan, Azərbaycan və Türkiyə prezidentlərinin 2015-ci ilin oktyabr ayında Türkmənistanda keçiriləcək görüşünə hazırlıq olacaq.
Eldar Tanrıverdiyev
AzVision.az