`Əməkdaşlığımız sabitliyə xidmət edir` - Çavuşoğlu

`Əməkdaşlığımız sabitliyə xidmət edir` - Çavuşoğlu
  28 Avqust 2015    Oxunub:1308
"Azərbaycan, Türkiyə və Türkmənistan arasında əməkdaşlıq bölgədə sabitliyə xidmət edir".
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. O qeyd edib ki, bu ilin noyabrında Türkiyənin Antalya şəhərində "G-20" qrupunun sammiti keçiriləcək: "Türkiyə dünyanın varlı dövlətlərindəndir. Ölkəmiz buna layiq olduğu kimi, Antalyada "G-20"-nin zirvə toplantısını keçirməyə layiqdir".

Xatırladaq ki, bu gün Antalyada Türkiyə, Azərbaycan və Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli toplantısı keçiriləcək.

Toplantı çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulub. İlk üçtərəfli görüş 2014-cü il mayın 26-da Bakıda, ikinci görüş 2015-ci il yanvarın 29-da Aşqabadda olub.(Report)


Teqlər:





Xəbər lenti