`Azərbaycan gənclərinə imkan yaratmaq lazımdır` - ABŞ səfiri

`Azərbaycan gənclərinə imkan yaratmaq lazımdır` - ABŞ səfiri
  28 Avqust 2015    Oxunub:1831
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta gənclər və idman naziri Azad Rəhimovla görüşüb.
AzVision.az ABŞ səfirliyinin rəsmi Twitter səhifəsinə istinadla xəbər verir ki, görüşdə səfir Azərbaycan gənclərinin “Bakı 2015” ilk Avropa Oyunlarının müvəffəqiyyətində oynadığı mühüm rolu yüksək qiymətləndirib.

Robert Sekuta qeyd edib ki, Azərbaycanın parlaq gələcəyini təmin etmək üçün gənclərə hər cür imkanlar yaratmaq lazımdır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti