Alman polisindən jurnalistlərə qarşı təzyiq

Alman polisindən jurnalistlərə qarşı təzyiq
  28 Avqust 2015    Oxunub:1659
Almaniyanın Raynland əyalətində yerləşən Qarzvayler ərazisində kömür çıxarılmasına qarşı, o cümlədən, ətraf mühitin çirklənməsinin qabağını almaqdan ötrü aktivistlər həmin ərazidə etiraz aksiyasi keçiriblər, lakin alman polisi həm fəallara, həm də hadisələri işıqlandıran jurnalistlərə qarşı ciddi təzyiq vasitələrindən istifadə edib.

AzVision.az Almaniyanın “Der Freitag” qəzetinə istinadən xəbər verir ki, bir müddət əvvəl Qarzvaylerdə atmosferin çirklənməsinin qarşısını almaqdan ötrü xeyli sayda fəal həmin ərazidə toplaşaraq etiraz aksiyası keçirmişdilər, amma hadisəni işıqlandıran mediaya qarşı alman polisi çox ciddi təzyiq göstərib.

Ərazidə baş verən olayla əlaqədar jurnalistlərin opperativ məlumat hazırlamasına, eləcə də dolğun informasiya əldə etməsini alman polisi kobud şəkildə müdaxilə dərək, onlara qarşı gözyaşadırıcı və bibər qazı işlədib.

“Frakfurter Allgemeine Zeitung”un regiona ezam olunmuş müxbiri Malte Kroytzfeld yazır ki, “polis onu və digər jurnalist həmkarlarını hadisə baş verən yerdən uzaqlaşdırıb, öz işlərini görməyə imkan verməyib. Bu isə açıq-aşkar polisin söz və media azadlığının pozulmasıdır”.

Digər jurnalist Eva Manke bildirir ki, polis onlara qarşı gözyaşardıcı qazdan istifadə edib. Həmçinin çəkiliş üçün istifadə olunacaq kameraya, eləcə də müxbir ləvazimatlarına polist tərəfindən sərt müdaxilələr olub. O, polisin başqa bir jurnalistin bel çantasını necə dartıb qırdığının fotosun çəkə bilib.

Jurnalist Eva Manke onu da qeyd edir ki, mediaya azadlığına qarşı ordakı zorakılıqları sözlə ifadə etmək qeyri-mümkündür.

Məsələyə dair polisin haqlı və ya haqsız olduğu Nordrhayn-Vestfaliya Landtaqının verəcəyi qərardan sonra bilinəcək.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti